525.Az

Valideyn himayəsindən məhrum uşaqların əsərlərindən ibarət sərgi keçirildi - Fotolar


 

Valideyn himayəsindən məhrum uşaqların əsərlərindən ibarət sərgi keçirildi - <b style="color:red">Fotolar</b>

Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində həyata keçirilən “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” adlı 4 aylıq layihənin yekununda Gəncə Dövlət Filarmoniyasında böyük sərgi təşkil olundu.

Valideyn himayəsindən məhrum olan uşaqlar 4 ay ərzində Gəncə Gənclər evinə gələrək dekorativ-tətbiqi sənət kursu keçdilər. Uşaqların 4 ay ərzində hazırladıqları əl işləri sərgiyə çıxarıldı. Sərgidə Gəncənin rəsmi şəxsləri, universitet tələbələri, sıravi vətəndaşlar və uşaq evinin uşaqları iştirak etdilər.

-“Mədəniyyət Nazirliyinin bu layihəsini icra etməklə çox sayda istedadlı uşaqlar aşkar etdik ki, həmin uşaqlara mütəmadi olaraq dekorativ-tətbiqi sənət dərsi keçilsə, o uşaqların gələcəkdə dizayn və dekorativ-tətbiqi sənət müəllimi ola bilmə ehtimalı olduqca yüksəkdir. Biz bu layihənin icrasına başlayanda düşünürdük ki, görəsən uşaqların bu sahəyə marağı olacaqmı? Açığı bu cür yaxşı nəticə alacağımızı da gözləmirdik. Uşaqlar ilk gündən kursa çox böyük həvəslə gəlib, sənəti mənimsəməyə çalışdılar. Layihəmizin uşaqları bu qədər xoşbəxt etməyi bizləri daha da həvəsləndirirdi. Uşaqların layihə çərçivəsində dekorativ-tətbiqi sənət müəllimi Gəncə Gənclər evinin istedadlı müəllimi Sona xanım Məhərrəmova idi. O, uşaqlara könüllü dərs verirdi. Gəncə Gənclər evinin həmin uşaqlara könüllü dəstəyi, 4 ay ərzində  məkanı bizim ixtiyarımıza təmənnasız vermələri həqiqətən də layihəmizə böyük dəstək verdi. Könüllülük vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır.

Cənab prezidentin sərəncamına əsasən bu ilin “Könüllülər ili” elan edilməsi də hesab edirəm ki, könüllü gənclərimizə daha da stimul verəcək, gənclərimiz könüllülük fəaliyyəti ilə xalqımıza, dövlətimizə əvvəlki illərə nisbətən daha da məsuliyyətlə xidmət göstərəcəklər.

Sonda isə hər zaman vətəndaş cəmiyyəti insitutlarına dəstək olan cənab Prezidentimizə və layihəmizin maliyyə dəstəkçisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Gəncə Gənclər Evinin direktoru Amil Qurbanova xüsusi minnətdarlığımızı bildiririk.” – Təşkilatın sədri Lamiyə İsazadə qeyd edir.

 





14.01.2020    çap et  çap et