525.Az

Səfirlik: Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması barədə xəbərlər yalandır


 

Səfirlik: Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması barədə xəbərlər yalandır<b style="color:red"></b>

Pakistanın Azərbaycandakı səfirliyi yerli KİV-də Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması barədə yayılan məlumatlara münasibət bildirib.

Diplomatik nümayəndəlikdən “Report”a verilən məlumata görə, Pakistanın bu məsələdəki mövqeyi dəyişməzdir.

"Bir daha qeyd edirik ki, Pakistanın Ermənistanı tanımaq məsələsində mövqeyi dəyişməzdir. KİV-də yanvarın 10-da dərc olunan bu yazının heç bir əsası yoxdur”, - səfirliyin açıqlamasında deyilir.

 





14.01.2020    çap et  çap et