525.Az

Ötən günün statistikası: 1 yol qəzası


 

Ötən günün statistikası: 1 yol qəzası<b style="color:red"></b> Azərbaycanda yol qəzaları ilə bağlı son aylarda görünməyən statistika qeydə alınıb.

525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 1 yol qəzası qeydə alınıb. Qəza zamanı 1 nəfər ölüb.
Hadisə oktyabrın 11-də saat 16:45 radələrində Beyləqan rayonunun Kəbirli kəndi ərazisində qeydə alınıb.

Ağdam rayon sakini Yusif Əhmədov "Mercedes-190" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sərnişin Xosrov Əliyev hadisə yerində ölüb.
 





12.10.2012    çap et  çap et