525.Az

Rusiya Müdafiə Nazirliyi Liviya danışıqlarının yekunu ilə bağlı bəyanat yayıb


 

Rusiya Müdafiə Nazirliyi Liviya danışıqlarının yekunu ilə bağlı bəyanat yayıb<b style="color:red"></b>

Rusiya Müdafiə Nazirliyi (MN) Liviya münaqişəsinin nizamlanması ilə bağlı dünən Moskvada aparılan danışıqların yekunu ilə bağlı bəyanat yayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bəyanatda Liviya ilə bağlı danışıqların əsas yekunu kimi tərəflərin müddətsiz atəşkəs rejiminə razılıq vermələri bildirilib.

“Bu, münaqişənin nizamlanması ilə bağlı Berlin konfransının keçirilməsi üçün daha əlverişli şərait yaradır”, - deyə Rusiya MN-nin bəyanatında qeyd olunub.

Qeyd edək ki, dünən Moskvada Liviya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və Türkiyə arasında “2+2” formatında görüş keçirilib. Görüşə Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar da qatılıb. Liviya Milli Ordusunun (LMO) rəhbəri Haftar Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sarracla atəşkəs razılaşmasını imzalamadan Moskvadan ayrılıb.

 





14.01.2020    çap et  çap et