525.Az

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib


 

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib<b style="color:red"></b>

Azərbaycan alimlərinin “FeSe - FeGa2Se4 - FeIn2Se4 sistemində faza tarazlığı: FeIn2Se4 və FeGaInSe4 birləşmələrinin kristal quruluşlarının dəqiqləşdirilməsi” məqaləsi İsveçrənin yüksək impakt faktorlu “Diffuziya və faza tarazlıqları” (Journal of Phase Equilibria and Diffusion) jurnalında dərc olunub. Məqalənin müəllifləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, Qeyri-üzvi funksional materiallar şöbəsinin əməkdaşları kimya üzrə fəlsəfə doktoru, dosent Faiq Məmmədov, kimya üzrə fəlsəfə doktoru, dosent Samirə İmaməliyeva, Fizika İnstitutunun laboratoriya müdiri, fizika üzrə elmlər doktoru İmaməddin Əmiraslanovdur.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan AZƏRTAC-a bildirilib ki, məqalədə fiziki-kimyəvi analiz metodlarının köməyi ilə FeSe – FeGa2Se4 - FeIn2Se4 üçlü sistemində faza tarazlığı öyrənilib, FeGaInSe4 birləşmənin kristal quruluşu Ritveld metodu ilə dəqiqləşdirilib.

Alınan nəticələr yeni maqnit materiallarının alınmasında istifadə oluna bilər.

 





14.01.2020    çap et  çap et