525.Az

Parlament seçkiləri ilə əlaqədar dörd yaddaş kitabçası çap edilib


 

Parlament seçkiləri ilə əlaqədar dörd yaddaş kitabçası çap edilib<b style="color:red"></b>

Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar dörd yaddaş kitabçası çap olunub.

Secki-2020.az saytı xəbər verir ki, onlardan biri “Deputatlığa namizədlər üçün yaddaş kitabçası”dır. Digəri isə müşahidəçilər üçün nəzərdə tutulub. “Müşahidəçilər üçün yaddaş kitabçası”nda müşahidəçilərin hüquq və vəzifələri əks olunub.

Digər yaddaş kitabçaları isə polis əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulub.

Xatırladaq ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

 





15.01.2020    çap et  çap et