525.Az

Parklanma yerlərinin ödənişsiz olması barədə məlumat lövhələri quraşdırılır


 

Parklanma yerlərinin ödənişsiz olması barədə məlumat lövhələri quraşdırılır<b style="color:red"></b>

Bakı Nəqliyyat Agentliyi (BNA) vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırır.

Bu barədə APA-ya BNA-dan bildirilib. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.

"Bir daha sürücülərimizdən Yol Hərəkəti Haqqında Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik", - deyə BNA-dan bildirilib. 

 





16.01.2020    çap et  çap et