525.Az

Azərbaycan Florensiyada keçiriləcək sərgidə iştirak edəcək


 

Azərbaycan Florensiyada keçiriləcək sərgidə iştirak edəcək<b style="color:red"></b>

Azərbaycan İtaliyanın Florensiya şəhərində keçiriləcək 22-ci “Sülhün mənəvi miraslarla möhkəmlədirilməsi” Beynəlxalq forum və sərgisində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, tədbirin keçiriləcəyi Duomo Auditoriyasının Borselli zalında tematik guşələr yaradılacaq. Burada Azərbaycanın mədəniyyəti, əl işləri, ənənələri, kulinar və folklorumuzu daha yaxşı tanımaq üçün nümunələr sərgilənəcək. Həmçinin kəlağayı baş örtüklərimizə aid xüsusi təqdimatın da olacağı gözlənilir.

Sərgidə iştirak İtaliyada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində reallaşacaq.

 





16.01.2020    çap et  çap et