525.Az

Mikayıl Cabbarov 2020-ci il və ortamüddətli perspektivdə iqtisadiyyatın qarşısındakı hədəfləri açıqlayıb


 

Mikayıl Cabbarov 2020-ci il və ortamüddətli perspektivdə iqtisadiyyatın qarşısındakı hədəfləri açıqlayıb<b style="color:red"></b>

Qarşıda duran strateji vəzifə ortamüddətli dövrdə iqtisadi artımın dünya üzrə orta iqtisadi artımdan geri qalmamasını təmin etmək, uzunmüddətli dövrdə isə iqtisadi artım tempinin dünya üzrə artımı üstələməsinə nail olmaqdır.

AZƏRTAC xəbər verir ki bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 16-da ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

M.Cabbarov bildirib ki, bunun üçün hökumət qarşısında bir sıra hədəflər müəyyən edilib. Bunlar qeyri-neft əmtəə və xidmət ixracının əhəmiyyətli dərəcədə genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir.

 





16.01.2020    çap et  çap et