525.Az

Azərbaycanda qida təhlükəsizliyinə dair əsas problemlər açıqlanıb


 

Azərbaycanda qida təhlükəsizliyinə dair əsas problemlər açıqlanıb<b style="color:red"></b>

""AQTA bitki mənşəli yağlara dair sanitariya norma və qaydaları” layihələrini hazırlayıb".

APA-nın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il qida təhlükəsizliyi nəzarəti sahəsində 1013 yoxlama həyata keçirilib. Qoşqar Təhməzli bildirib ki, yoxlamaların 594-ü planlı, 419-u isə plandankənar yoxlamalar olub: "Nəticədə 2.2 ton qida məhsulu zərərsizləşdirilib, 208.5 ton və 9734 litr qida məhsulu məhv edilib. İdxal nəzarəti zamanı isə əlavə 239 ton qida məhsulu məhv edilib. 545 inzibati cərimə, 14 şərti cərimə və 30 xəbərdarlıq barədə qərar qəbul olunub, 32 3700 AZN inzibati cərimə tətbiq olunub".

AQTA sədri deyib ki, “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələrək yoxlamalar, monitorinqlər, zəhərlənmələrlə bağlı araşdırmalar, sertifikatlaşdırma, idxal-ixrac əməliyyatlarının, laborator müayinələrin təhlili nəticəsində ölkədə mövcud olan əsas qida təhlükəsizliyi problemləri müəyyən edilib: "Bu problemlər üzrə “Palma yağı”, “Trans yağ”, “Fındıqda aflatoksin”, “Quş əti məhsullarında Salmonella, “Çiy süd və süd məhsullarında Brucella” adlı risk profilləri hazırlanıb. Qida məhsullarının tərkibində trans yağ turşularının miqdarının minimuma endirilməsi məqsədilə trans yağ turşularının elmi risk qiymətləndirilməsi aparılıb. Bitki mənşəli yağlara dair sanitariya norma və qaydalarının layihələri hazırlanıb. Yaxın gələcəkdə qəbul ediləcək bu norma və qaydada bitki mənşəli yağlarda trans yağların kütlə payının 2 faizdən çox olmaması ilə bağlı tələb öz əksini tapacaq".

 





17.01.2020    çap et  çap et