525.Az

Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat mükafatının yeni laureatları məlum oldu


 

Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat mükafatının yeni laureatları məlum oldu<b style="color:red"></b> Vektor Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən etibarən ənənəvi olaraq hər il təltif etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının 2019-cu il üçün laureatlarının adları Mükafat komissiyası tərəfindən açıqlanıb.

Komissiyanın sədri, Vektor Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin bildirdiyinə görə bu ilki laureatların siyahısı Kojogeldi Gültekin (Qırğızıstan), İlqar Fəhmi, Musa Ələkbərli, Xanəmir Telmanoğlu, Yusif Nəğməkar və Elnarə Akimovadan ibarətdir.

Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını daşıyan bu beynəlxalq mükafat 19 ildir ki, hər il onun doğum günü ərəfəsində bir nəfər görkəmli xarici ölkə şairinə və bir neçə nəfər tanınmış şair və ədəbiyyatşünaslarımıza təqdim edilir.

Hər il mükafat alan şairlərin kitabları Vektor Beynəlxalq Elmlər Akademiyası tərəfindən yayınlanaraq oxuculara hədiyyə olunur.

İndiyə qədər Yavuz Bülənt Bakilər (Türkiyə), Nadırbek Alımbekov (Qırğızıstan), Muxtar Şaxanov (Qazaxıstan), Əli Daşqın (Güney Azərbaycan), Orhan Aras (Almaniya), Vladimir Boyarinov (Rusiya), Aleksandr Navrotski (Polşa), Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Adil Mirseyid, Paşa Qəlbinur, Rəşad Məcid, Çingiz Əlioğlu, Qulu Ağsəs, Musa Urud, Vaqif Bəhmənli, Tofiq Abdin, Nizami Cəfərov, Azər Turan, Əjdər Ol, Fərid Hüseyn və digər şair və ədəbiyyatşünaslar bu mükafata layiq görülüblər.
“Vektor” BEA tərəfindən indiyə qədər mükafat laureatlarının 71 adda kitabı yayınlanaraq oxuculara hədiyyə edilmişdir.
 





17.01.2020    çap et  çap et