525.Az

Xamenei: “Təyyarənin səhvən vurulması qəlbimizi yandırdı”


 

Xamenei: “Təyyarənin səhvən vurulması qəlbimizi yandırdı”<b style="color:red"></b>

“Son iki həftə bizim üçün macəra dolu oldu. Bu iki həftədə İran xalqı üçün acı, şirin və ibrət götürüləsi hadisələr baş verdi”.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bugünkü cümə namazı xütbəsində çıxışı zamanı deyib.

O bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı, general Qasim Süleymaninin öldürülməsinə sərt cavab verilib.

“ABŞ yalandan İran xalqının yanında olduğunu deyir. Baxın görün İran xalqı kiminlədir?! Qasım Süleymaninin fotosunu təhqir edən insanların sayı yüz-iki yüz nəfərdir, lakin onun xatirəsini əziz tutaraq küçələrə axışan insanların sayı milyonlarladır”, - deyə o, vurğulayıb.

İranın Ali Rəhbəri qeyd edib ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında səhvən vurulması üzücü hadisədir: “Bu, acı hadisə idi və bizim qəlbimizi sözün həqiqi mənasında yandırdı. Komandanlara təşəkkür edirəm ki, hadisə ilə bağlı xalqa doğru məlumat verdilər. Lakin bu məsələ ciddi şəkildə araşdırılmalıdır ki, oxşar hadisələrin qarşısı ciddi şəkildə alınsın”.

 

 





17.01.2020    çap et  çap et