525.Az

Ukraynalı jurnalist: "Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq"


 

Ukraynalı jurnalist: "Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq"<b style="color:red"></b>

“Azərbaycanın yeni parlamenti ölkədə aparılan sistemli islahatlara müvafiq olacaq”.

Secki-2020.az saytının məlumatına görə, bunu ukraynalı jurnalist Marina Qonçaruk deyib. Onun sözlərinə görə, Ukraynaya dost, onun mühüm strateji tərəfdaşı olan bu ölkədə baş verən bütün hadisələr ukraynalılar üçün maraq doğurur.

M.Qonçaruk deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi sistemli və səmərəli islahatlar siyasəti barədə məlumatımız çoxdur. Azərbaycan xalqı Prezidentin islahatlar siyasətinə çox müsbət münasibət bəsləyir. Buna görə də Azərbaycanın yenilənmiş parlamenti ölkənin sistemli inkişafının və firavanlığının təmin edilməsində mühüm dayaq olacaq. Əlamətdar haldır ki, seçkilərdə çoxsaylı gənclər, ictimai xadimlər və fəallar iştirak edir. Mənim fikrimcə, Azərbaycanda keçiriləcək seçkilər ölkədə bu prosesin demokratik və şəffaf olmasını bir daha təsdiq edəcək, xalq elə namizədləri seçəcək ki, onların seçkiqabağı platforması xalqın gözləntilərinə uyğun olsun. Azərbaycan xalqının xoş güzəranı, ölkənizdə baş verən müsbət proseslər bizi həmişə sevindirir”.

Ukraynalı jurnalist qeyd edib ki, qarşıdakı seçkilər xalqın ən fəal, ölkədə islahatların həyata keçirilməsinə kömək edəcək namizədləri seçməsinə imkan verəcək. O deyib: “Əsas budur ki, parlamentin fəaliyyətində təməl prinsiplər – beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə hörmət, dövlətin mənafelərinin və xalqın gözləntilərinin reallaşması, Ukrayna da daxil olmaqla başqa ölkələrin parlamentariləri ilə konstruktiv və səmərəli qarşılıqlı fəaliyyət, öz dövlətinin rifahı naminə çalışmaq prinsipləri dəyişməz qalır”.

 





17.01.2020    çap et  çap et