525.Az

“Qarabağ folkloru: problemlər, perspektivlər" konfransı keçiriləcək


 

“Qarabağ folkloru: problemlər, perspektivlər" konfransı keçiriləcək<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu 15 noyabr 2013-cü ildə Agcabədi şəhəri “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda II respublika elmi konfransı keçirməyi planlaşdırır.

Folklor və mədəniyyət beşiyi olan Qarabağ artıq 20 ilə yaxındır ki, düşmən tapdağı altındadır. Bir çox maddi-mədəniyyət abidələrimiz işğalçılar tərəfindən məhv edilib, yüz minlərlə insan ev-eşiyindən didərgin salınıb. Lakin bölgədən qaçqın düşənlər, təbii ki, yaddaşlarında folklorumuzu, mənəvi mədəniyyətimizi yaşatmaqdadırlar.

525.az-ın məlumatına görə, 2012-ci ildə Folklor İnstitutunun bir qrup əməkdaşı bölgə sakinlərinin yaşadığı yerlərə ezam olunub, .az-ın toplanmış folklor nümunələrindən ibarət üç kitab çap olunub. Keçən il Folklor İnstitutu həmçinin Qarabağ musiqi folklorunu əks etdirən xüsusi albom buraxıb.

AMEA Folklor İnstitutu “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihə  çərçivəsində başladığı işləri 2013-cü ildə  də davam etdirib. Belə ki, bu il İnstitut “Qarabağ: folklor da bir tarixdir” adlı coxcildliyin 4, 5 və 6-cı cildlərini çap edib; Qarabağ bölgəsində qeydə alınan müxtəlif mərasimlərin, xalq oyunları və meydan tamaşalarının video-lentə alınması kimi vacib bir işi həyata keçirib.
AMEA Folklor İnstitutu Qarabağ bölgəsindən və həmin bölgədən qaçqın düşən soydaşlarımızdan toplanmış folklor nümunələrini elmi əsaslarla arxivləşdirmək, nəşrə hazırlamaqla yanaşı, gələcək perspektivləri də müəyyənləşdirməyi nəzərdə tutur. AMEA Folklor İnstitutunun 2013-ci il noyabrın 15-də Ağcabədi şəhərində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda keçirdiyi II respublika elmi konfransı məhz perspektivləri müəyyənləşdirməyə xidmət edən bir tədbirdir.

Konfransın keçirilməsində məqsəd Qarabağ folklorunu, bütövlükdə milli-mənəvi dəyərlərini öyrənən və araşdıran elm adamlarının bir araya gəlməsini təmin etmək və onların fikirlərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdır.

Konfransa qatılmaq üçün göndərilmiş  onlarla məruzədən diqqətlə seçim edilmiş və mövzunun tələblərinə cavab verməyən, elmi məruzənin texniki tələblərinə uyğun gəlməyən məruzələr kənara qoyulub.
 





14.11.2013    çap et  çap et