525.Az

175 saylı məktəbdə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir - Fotolar


 

175 saylı məktəbdə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir - <b style="color:red">Fotolar</b>

Yanvarın 17-də Bakı şəhəri Yasamal rayonu Həzi Aslanov adına 175 saylı məktəbdə Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə  qəhrəmanlıq səhifəsi kimi yazılmış Yanvar faciəsinin 30-cu  ildönümünə həsr olunmuş "Azadlığa gedən yolun zirvəsi' adlı anım tədbiri keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər. Məktəbin hərbi hazırlıq  rəhbəri Fizuli Əzizov bu qanlı faciə haqqında məlumat verərək tədbiri açıq elan etdi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Sonra şagirdlərin ifasında faciəni əks etdirən şeirlər səsləndirldi, mahnılar söyləndi, səhnəciklər nümayiş etdirildi. Sagirdlər tərəfindən nümayiş etdirilən ədəbi bədii kompozisiyada 6d sinif sağirdlərindən Araz, Gövhər, Səadət, Rəhman, Akif, Nuranə, 8 d sinif şagirdlərindən Nərgiz, Aylin, Zəhra, Nəsimi, Pəri, Ayan, 9d sinif şagirdi Elnarə 11ç sinif şagirdlərindən Aygün və Ülvü fəal  iştirak  etdilər.

Tədbir boyu fonda 20 yanvar hadisələrini əks etdirən slaydlar, vidioçarxlar nümayiş etdirildi. Tədbirdə həmçinin  Bakı Dövlət universiteti hüquq fakultəsinin dekanı, hüquq elmləri doktoru, professor  Əmir Əıiyev, Bakı şəhər təhsil idarəsənin sektor müdürü Fuad Babayev və Tərəqqi liseyinin  direktoru Nasim Abışov  iştirak etdilər.

Onlar çıxışlarında  qeyd etmişdirler ki , 20 yanvar hadisəsi xalqımızın tarixinə  həkk olunmuş ən  qanlı faciələrdəndir. Keçmiş sovet imperiyası ordusu qarşısına sılahsız, əliyalın çıxaraq canlarından keçən 20 yanvar şəhidləri hər zaman xalqımızın xatirəsində qəhrəman kimi qalacaqdır.

Tədbirin sonunda çıxış edən məktəbin direktoru Tural Mirzəliyev çıxış edərək belə tədbirlərin şagirdlərdə milli qurur hissinin formalaşnasında oynadlğı müstəsna roldan danışıb.

T.Mirzəliyev vətənpərvərlik  təbliği baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açaraq şagirdləri vətənpərvərliyə səsləyib.

Tədbirin təşkilatçısı məktəbin ingilis dili müəllimi, qabaqcıl təhsil işçisi Gülşən Şiriyevadır. Onu da qeyd edək ki, tədbirdən öncə Şiriyeva Gülşən rəhbəri olduğu 6d sinif şagirdlərilə birgə Şəhidlər xiyabanına ziyarət etmişdir.

 

 





17.01.2020    çap et  çap et