525.Az

Rusiyada 90 gündən artıq qalmaq qadağan olunacaq


 

Rusiyada 90 gündən artıq qalmaq qadağan olunacaq<b style="color:red"></b>

Əcnəbilərə yarım il ərzində viza və işləmək icazəsi olmadan Rusiya ərazisində 90 gündən artıq qalmaq qadağan oluna, Federal Miqrasiya Xidməti (FMX) isə miqrantın elektron şəxsiyyət vəsiqəsini tətbiq edə bilər.

APA-nın “Kommersant”a istinadən xəbərinə görə, Dövlət Sərhəd Komissiyası bununla bağlı FMX-yə müvafiq tapşırıqlar verib.
 
Tapşırıqlara əsasən, FMX 2015-ci ilədək miqrantın elektron şəxsiyyət vəsiqəsinin yaradılması və tətbiqi məsələsini işləyib hazırlamalıdır.

 





14.11.2013    çap et  çap et