525.Az

Mərkəzi Bankda üç baş direktor təyin olundu


 

Mərkəzi Bankda üç baş direktor təyin olundu <b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankının  (AMB) rəhbərliyində dəyişiklik edilərək quruma daha üç baş direktor təyinatı həyata keçirilib.

“APA-Economics”in AMB-yə istinadən verdiyi xəbərə görə, yeni təyin olunan baş direktorlar Vüqar Ramin oğlu Əhmədov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyevdir.

Beləliklə, AMB-də baş direktorların sayı 6-ya çatdırılıb. Digər baş direktorlar - Akşin Vəzir oğlu Vəliyev, Rəşad Temraz oğlu Orucov və Ziya Zəfər oğlu Əliyev fəaliyyətlərini davam etdirirlər.

 





17.01.2020    çap et  çap et