525.Az

Elçin Mehrəliyevin yeni kitabları çıxıb


 

Elçin Mehrəliyevin yeni kitabları çıxıb<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Elçin Mehrəliyevin iki kitabı çap olunub.

"Multikultural mühit və ədəbiyyat" kitabı monoqrafiya, "Sirli təbiət, ağıllı canlılar" kitabı isə sənədli hekayələr toplusudur.

"Multikultural mühit və ədəbiyyat" (Müxtəlifliyin harmoniyası: həyatda və ədəbiyyatda) kitabının elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd, rəyçiləri filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli və filologiya üzrə fəlsəfə doktoru Rauf Sadıxovdur. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28 fevral 2019-cu il tarixli qərarı ilə çap olunub. Dörd fəsildən ibarət kitabda multikulturalizmin müasir Azərbaycan dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi və digər bu kimi məsələlərdən bəhs olunur. Bədii və elmi mənbələr əsasında yazılmış kitabda Azərbaycan və rus dillərində ədəbiyyat siyahısı da yer alıb.

"Sirli təbiət, ağıllı canlılar" kitabı isə "Təbiət hekayələri", "Təbiətin sirləri haqqında", "Və bir neçə maraqlı məlumat" bölümlərində toplanmış on beş hekayədən ibarətdir. Sənədli hekayələr kitabının redaktoru Gülnar Səmadır. Kitabda həyati müşahidələr əsasında qələmə alınmış təbiət hekayələri təqdim edilir.

 





17.01.2020    çap et  çap et