525.Az

Respublika Uşaq Kitabxanasında 20 Yanvar şəhidləri anılıb


 

Respublika Uşaq Kitabxanasında 20 Yanvar şəhidləri anılıb<b style="color:red"></b>

20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında "20 Yanvar - Azadlığa gedən yolun zirvəsi" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin suverenliyi uğurunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən kitabxananın direktor müavini Zahirə Dadaşova 20 Yanvar hadisəsini Azərbaycan xalqının azadlıq mücadiləsində mühüm mərhələ adlandırıb. Qeyd edib ki, sovet imperiyası həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizə ruhunu sarsıtmağa çalışsa da, buna nail ola bilməyib. Əksinə, Vətənin azadlığı uğrunda mübarizəyə qalxmış xalq son ana qədər mübarizə əzmi nümayiş etdirərək öz istiqlaliyyətinə qovuşub.

Z.Dadaşova tədbirin yüksək səviyyədə təşkil olunduğundan, şagirdlərin vətənpərvərlik ruhlu mahnıları məharətlə ifa etdiklərindən də məmnunluq duyduğunu bildirib. O, bu gün məktəbdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində aparılan işlərə görə tədbir təşkilatçılarına və müəllimlərə öz minnətdarlığını bildirib.

Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnılar oxunub, şeirlər söylənilib.

Biri-birini əvəz edən kompozisiyalar vətənpərvərlik hissləri aşılayıb.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Həqiqət uğrunda ölümləriylə, Ölümü kamına çəkdi şəhidlər" adlı kitab sərgisi ilə tanış olub, şəhidlərin şəkilləri önünə qərənfillər düzüblər.

 

 





17.01.2020    çap et  çap et