525.Az

BMTM Təcrübə Proqramı üçün müraciətlərin qəbulunu elan edir


 

BMTM Təcrübə Proqramı üçün müraciətlərin qəbulunu elan edir<b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənclərin ictimai-siyasi həyatda fəal iştirakını stimullaşdırılmaq, real iş həyatına atılmaq üçün lazım olan şəxsi və peşəkar bilik və vərdişlərə yiyələnmək məqsədi ilə istedadlı tələbələr və yeni məzunlar üçün ödənişsiz təcrübə proqramı elan edir.

Təcrübə proqramı fevral ayından başlayaraq 6 ay müddəti üçün nəzərdə tutulub. Təcrübə müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaq və adları BMTM-nin kadrlar bazasına daxil ediləcək. Namizədlərin tərcümeyi-hal (CV),  motivasiya məktubu, maraqlı olduğu sahə üzrə xəbər-analitik səciyyəli qısa arayış və 2 ədəd tövsiyə məktubundan ibarət sənədlər toplusunu müraciət etdiyi sahəni qeyd etməklə [email protected] ünvanına göndərməsi xahiş olunur. Ümumilikdə proqram  15 vakansiya üzrə elan edilib.

Müraciət üçün son tarix yanvarın 31-dir. Təcrübə proqramı fevralın 10-dan başlayacaq.

Proqramla bağlı ətraflı məlumatı http://aircenter.az/az/opportunity/internships/bmtm-tecrube-proqrami-ucun-muracietlerin-qebulunu-elan-edir-69-linkdən almaq mümkündür.

S.QARAYEVA

 

 





17.01.2020    çap et  çap et