525.Az

İsa Həbibbəylinin "Cahana sığmayan Azərbaycan şairi" kitabı işıq üzü görüb


 

İsa Həbibbəylinin "Cahana sığmayan Azərbaycan şairi" kitabı işıq üzü görüb<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Cahana sığmayan Azərbaycan şairi" kitabı çap olunub. "Elm və təhsil" nəşriyyatında işıq üzü görən kitab üç dildədir.

Akademik İsa Həbibbəylinin "Cahana sığmayan Azərbaycan şairi" tədqiqatı Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Kitabda akademik İsa Həbibbəylinin görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatı və yaradıcılığına, əsərlərinin tədqiqi və nəşrinə dair tədqiqatları ümumiləşdirilib.

Kitabın elmi redaktoru, filologiya elmləri doktoru Fəridə Əzizova, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

Kitabda "Nəsimi ili"ndə Azərbaycan Milli Elmlər Akademiyasında çap olunmuş kitabların siyahısı və "Nəsimi ili" şeiri də yer alıb. Bunlardan əlavə "Şəkil də bir tarixdir" bölümündə il ərzində Nəsimi ilə bağlı təşkil edilmiş tədbirlərdən fotolar var.

 

 





18.01.2020    çap et  çap et