525.Az

Tələbələrdən təsirli - Videoçarx


 

Tələbələrdən təsirli - <b style="color:red">Videoçarx</b>

Türkiyədə və dünyanın digər ölkələrində təhsil alan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı videoçarx hazırlayıblar.

Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Birliyinin təşəbbüsü ilə çəkilən videoçarxda azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə, İndoneziya, İran, İspaniya, Belarus, Polşa, Hollandiya, İtaliya, İsveç, Kipr, Fransa, ABŞ, Portuqaliya və digər ölkələrdə təhsil alan xarici gənclər də yer alıblar.

Türkiyənin 81 şəhərində və dünyanın 20-dən çox bölgəsində çəkilən videoçarxda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın şəhid olmuş övladlarının adları dünyanın müxtəlif bölgələrində səsləndirilir, Bakıda və ətraf rayonlarda törədilən qətliamı əks etdirən kadrlar yer alır.
 
Tələbələrin kreativ təşəbbüsü, vətənpərvərliyi təsirli bir videoçarxın yaranmasına səbəb olub.

 





20.01.2020    çap et  çap et