525.Az

Təhsil Nazirliyindən müəllimlərə şad xəbər


 

Təhsil Nazirliyindən müəllimlərə şad xəbər<b style="color:red"></b> Məlum olduğu kimi, ucqar rayonlarda müəllim çatışmazlığını aradan qaldırmaq üçün Nazirlik “Yol” adlı xüsusi proqram həyata keçirir. Bu proqram rayonda işləyən müəllimlərə xüsusi imtiyazlar verir. Bu imtiyazlar müəllimlərə verilən birdəfəlik müavinətlər, sosial xərclər və hər ay əmək haqqına edilən əlavələrdir.
 
Lent.az-ın “Gələcəkdə imtiyazların sayı, həmçinin hər ay əmək haqqına edilən əlavələrin miqdarının artırılması nəzərdə tutulurmu” sualına  Nazirlikdən bildirilib ki, Azərbaycan prezidentinin 24.10.2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəllimlər üçün səriştə və nəticə əsaslı diferensiallaşdırılıb, əmək bazarında rəqabət qabiliyyətli əmək haqqı sisteminin yaradılması, ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunması nəzərdə tutulub. Gələcəkdə bu tədbirlərin həyata keçirilməsi ucqar kənd məktəblərində işləyən müəllimlər üçün lazımi həvəsləndirmə tədbirlərini də özündə ehtiva edəcək.
 





14.11.2013    çap et  çap et