525.Az

MSK sədri: “Bəziləri qəsdən elə vəziyyət yaradırlar ki...”


 

MSK sədri: “Bəziləri qəsdən elə vəziyyət yaradırlar ki...”<b style="color:red"></b>

"Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində sənədlərini təqdim etmiş bəzi şəxslər çalışır ki, biz onları qeydə ala bilməyək".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. M. Pənahov deyib ki, bu, hansısa məqsədə xidmət edir: “Mərkəzi Seçki Komissiyası bu işdə maraqlı deyil. Ancaq onlar qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Qeydə alınmamaq məsələsi məni çox təəccübləndirir. Bəziləri qəsdən elə vəziyyət yaradırlar ki, onları qeydə almaq mümkün olmur”.

 





21.01.2020    çap et  çap et