525.Az

Əziz Qaralov: Badamdar sürüşmə sahəsində vəziyyət stabildir


 

Əziz Qaralov: Badamdar sürüşmə sahəsində vəziyyət stabildir<b style="color:red"></b>

Hazırda Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində vəziyyət stabildir. Sürüşmə baş verən müddətdən bu günə qədər elə bir ciddi dəyişiklik qeydə alınmayıb.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.

 





22.01.2020    çap et  çap et