525.Az

Respublika Kinematoqrafçılar İttifaqı Meksikanın ölkəmizdəki səfirliyi ilə birgə müsabiqə keçirəcək


 

Respublika Kinematoqrafçılar İttifaqı Meksikanın ölkəmizdəki səfirliyi ilə birgə müsabiqə keçirəcək<b style="color:red"></b>

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Meksikanın ölkəmizdəki səfirliyi ilə birgə müsabiqə keçirəcək.

İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Meksikanın İdalqo Ştatı Avtonom Universiteti və onun Xeyriyyə Fondunun əlaqələndirdiyi “Beynəlxalq təsvir festivalı-2020”nin “Beynəlxalq təsvir müsabiqəsi - 2020” adlanan tədbir bu il təşkil olunacaq.

Müsabiqə əcnəbi mədəniyyət adamlarına yanvarın 26-dək açıqdır və qeydiyyat www.fini.mx portalında aparılır.

Qeyd edək ki, müsabiqə su mövzusuna həsr olunub və iştirakçılar tələbə mütəxəssis kateqoriyalarından olmaqla foto, sənədli video, plakat və alternativ texnika janrlarında iştirak edə bilərlər.

 





22.01.2020    çap et  çap et