525.Az

Oqtay Əsədov və Səməd Seyidov Dünya Holokost Forumunda iştirak edəcəklər


 

Oqtay Əsədov və Səməd Seyidov Dünya Holokost Forumunda iştirak edəcəklər<b style="color:red"></b>

Milli Məclisin Sədri Oqtay Əsədov Dünya Holokost Forumunda iştirak edəcək.

Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin Sədri Oqtay Əsədov və Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi sədri Səməd Seyidov 22-23 yanvar tarixlərində Yerusəlimdə keçirilən Auşvitzin azad olunmasının 75 illiyinə həsr olunmuş “Dünya Holokost Forumu 2020”-ə qatılacaqlar.

Qeyd edək ki, sözügedən forumda 40-dan çox ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

 

 





22.01.2020    çap et  çap et