525.Az

Gələn ay Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VI iclası keçiriləcək


 

Gələn ay Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VI iclası keçiriləcək<b style="color:red"></b>

Fevralın 28-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VI iclası keçiriləcək.

Bu barədə "APA-Economics"ə Azərbaycan Energetika Nazirliyindən bildirilib.

Nazirlikdən veriləm məlumata görə, sözügedən tədbirdə iştirak etmək məqsədilə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun da Azərbaycana səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" "Şahdəniz-2" yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmərləri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu il "Cənub Qaz Dəhlizi"nin tam işə düşəcəyi gözlənilir.

 

 





22.01.2020    çap et  çap et