525.Az

Azərbaycan alimlərin kitabı gürcü dilində nəşr edilib


 

Azərbaycan alimlərin kitabı gürcü dilində nəşr edilib<b style="color:red"></b>

Azərbaycan alimlərinin kitabı gürcü dilində nəşr olunub.

AZƏRTAC xəbər verir ki, iqtisad elmləri doktoru, professor, Əməkdar kənd təsərrüfatı işçisi İslam İbrahimovun və iqtisad elmləri namizədi Aqil Qurbanovun birgə hazırladıqları “Aqrar sahənin prioritet istiqamətləri” adlı monoqrafiya Tbilisidə gürcü dilində çapdan çıxıb.

Yeddi fəsildən ibarət monoqrafiyada aqrar iqtisadiyyatın mahiyyəti, qanunauyğunluqları, xalq təsərrüfatında rolu, yeni iqtisadi münasibətlərin formalaşdırıldığı və ərzaq təhlükəsizliyinin qloballaşdığı şəraitdə iqtisadi mexanizmin təkmilləşdirilməsi məsələləri şərh edilir. Aqrar sahənin prioritet istiqamətləri, xüsusən xidmətlərin təşkili, aqrar istehsal, ətraf mühitin mühafizəsi və ekologiya məsələləri, kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı, istehsalın intensivləşdirilməsi, aqrar sahədə istehsalın səmərəliliyi, infrastruktur, idarəetmənin mahiyyəti və təşkili xüsusiyyətləri izah olunur, nəzəri-praktik və metodoloji məsələlər tədqiq edilir. Nəşrdə aqrar sahənin inkişafına töhfə verə biləcək təkliflər də yer alıb.

Kitabdan ali məktəblərin aqrar iqtisadiyyat, idarəetmə ixtisası üzrə təhsil alan tələbələri, mütəxəssislər, rəhbər işçilər, elmi işçilər və sahibkarlar istifadə edə bilərlər.

 





22.01.2020    çap et  çap et