525.Az

Tramp impiçment prosesini oyunbazlıq adlandırıb


 

Tramp impiçment prosesini oyunbazlıq adlandırıb<b style="color:red"></b>

“Ön sırada oturmaq və impiçmentlə bağlı dinləmələri izləmək istərdim, lakin vəkillərim buna razı olmayacaqlar”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Davos İqtisadi Forumunda iştirak edən ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.

“Mən ön sırada oturmaq və onların satqın simalarına baxmağı çox istərdim. Mən ora getməyi çox istərdim, məgər bu əla olmazdımı?”, - deyə ABŞ Prezidenti vurğulayıb.

D. Tramp impiçment prosesini oyunbazlıq adlandırıb və Senata inandığı bildirib.

“Mən inanıram ki, Senatda əla insanlar var. İmpiçmentlə bağlı fəndlər ucuz oyunbazlıqdır. Hər şey hələ mən seçildiyim gündən başlayıb”, - deyə D. Tramp qeyd edib.

Qeyd edək ki, dünəndən etibarən Senatda D. Trampın impiçmenti ilə bağlı dinləmələrə başlanılıb.

 





22.01.2020    çap et  çap et