525.Az

Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında 1504 namizəd iştirak edəcək


 

Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında 1504 namizəd iştirak edəcək<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzinin (DİM) 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək qeydiyyatdan keçənlərin sayı açıqlanıb.

DİM-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1382 namizəd ingilis dili üzrə, 61 namizəd fransız dili üzrə, 61 namizəd alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 10-da elan edilib və yanvarın 20-dək davam edib. 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı isə yanvarın 26-da keçiriləcək.

 

 





23.01.2020    çap et  çap et