525.Az

DMX-nın yeni yaradılmış saytının təqdimatı keçirilib


 

DMX-nın yeni yaradılmış saytının təqdimatı keçirilib<b style="color:red"></b>

Bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) yeni yaradılmış www.migrationto.az saytının təqdimatı keçilib.

APA-nın məlumatına görə, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə birgə həyata keçirilən "Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək" layihəsi çərçivəsində hazırlanmış www.migrationto.az veb-saytda ölkəmizə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvafiq dövlət qurumları tərəfindən göstərilən xidmətlər, o cümlədən ölkənin mədəniyyət tarixi, adət-ənənələri, turizm məkanları barədə məlumatlar yer alıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən veb-saytın dil imkanlarının gələcəkdə genişləndirilməsi də planlaşdırılır.

 

 





23.01.2020    çap et  çap et