525.Az

Əsgər Ələkbərov: “Görülən işlər İçərişəhər və Qala Qoruqlarının beynəlxalq səviyyəli turizm məkanı inkişafına yönəlib”


 

Əsgər Ələkbərov: “Görülən işlər İçərişəhər və Qala Qoruqlarının beynəlxalq səviyyəli turizm məkanı inkişafına yönəlib”<b style="color:red"></b>

“Mədəni irsin qorunması və təbliği ölkə rəhbərliyinin bu sahədə həyata keçirilən siyasətinin prioritet istiqamətlərindən biridir ”.

 APA-nın məlumatına görə,  bunu bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

 Ə. Ələkbərov deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident  Mehriban Əliyevanın daimi diqqət və qayğısı ilə son illər İdarə tərəfindən İçərişəhər və Qala Qoruqları ərazisində tarixi-mədəniyyət abidələrinin, mədəni irsin qorunması, öyrənilməsi və təbliği istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilib: “Hədəfimiz dəyişməzdir və bütün görülən işlər qədim mədəniyyət malik İçərişəhər və Qala Qoruqlarının beynəlxalq səviyyəli turizm məkanı və eyni zamanda canlı tarixin obyekti kimi saxlanılması və inkişafına yönəlib”.

 





23.01.2020    çap et  çap et