525.Az

Cavad Zərif Səudiyyə Ərəbistanının XİN başçısına cavab verib


 

Cavad Zərif Səudiyyə Ərəbistanının XİN başçısına cavab verib<b style="color:red"></b>

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanı XİN başçısı Feysəl bin Fərhan əl-Səud ölkəsinin rəsmi Tehranla danışıqlara hazır olduğuna dair açıqlamasına münasibət bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN başçısı özünün “Twitter” səhifəsində ölkəsinin qonşu ölkələrlə danışıqlara həmişə açıq olduğunu qeyd edib.

"İran bölgənin mənafeyi və sabitliyi üçün atılacaq hər bir addımı dəstəkləyir və xalqlara ümid verəcək hər bir addımda şərik olmağa hazırdır”, - deyə Cavad Zərif vurğulayıb.

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanı XİN başçısı Feysəl bin Fərhan əl-Səud Davos İqtisadi Forumunda çıxışı zamanı ölkəsinin İranla danışıqlara hazırdır olduğunu bildirərək bu məsələnin İrandan asılı olduğunu bəyan edib.

 





23.01.2020    çap et  çap et