525.Az

Bakı xanları evində virtual muzey istifadəyə veriləcək


 

Bakı xanları evində virtual muzey istifadəyə veriləcək<b style="color:red"></b>

 “Bu ilin ortasında Bakı xanları evində virtual muzey istifadəyə veriləcək”.

APA-nın məlumatına görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.

Ə. Ələkbərov deyib ki, bu muzeydə virtual olaraq İçərişəhərdəki tarixi məkanlar barədə məlumatlar veriləcək: “Bakı Fotoqrafiya Evində Azərbaycan və dünyada tanınmış rəssamların sərgisi olunacaq. Şirvanşahlar sarayında Ağqoyunlu dövlətinə həsr olunmuş sərgi keçiriləcək. Qala Qoruğundakı iki muzeydə də daimi yenilənmə işləri aparılır”.

 





23.01.2020    çap et  çap et