525.Az

“BakıKart” sisteminə keçən marşrut xətlərinin sayı 30-a çatıb


 

“BakıKart” sisteminə keçən marşrut xətlərinin sayı 30-a çatıb<b style="color:red"></b>

Hazırda 30 yaxın müntəzəm marşrut xəttində gediş haqqı “BakıKart” sistemi ilə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, paytaxtda fəaliyyət göstərən bütün avtobusların “BakıKart”a inteqrasiyası başa çatdıqdan sonra vahid dispetçer sisteminə başlamaq mümkün olacaq. Yeni xidmət sayəsində marşrut xəttləri ilə bağlı məlumatlar onlayn rejimdə əldə ediləcək ki, bu da bir çox problemlərin aradan qaldırılmasına imkan yaradacaq. Vahid dispetçer sistemi gün ərzində neçə avtobusun xəttə buraxıldığına, onların hansı intervalla hərəkət etmələrinə, harda olmalarına və dayanacaqdan kənarda saxlama hallarına qarşı nəzarəti gücləndirəcək.

 





23.01.2020    çap et  çap et