525.Az

"Namizədlər arasında yeni gənc simaların olması müsbət haldır"


 

"Namizədlər arasında yeni gənc simaların olması müsbət haldır"<b style="color:red"></b>

“Milli Məclisə keçiriləcək seçkilərdə namizədlər arasında yeni gənc simaların olması müsbət haldır”. Bunu secki-2020.az saytına açıqlamasında Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) rəhbəri Toğrul Allahverdili bildirib.

O deyib: “Azərbaycanda demokratik seçki mühiti mövcuddur və hər kəs bundan istifadə edə bilər. Azərbaycanda özünə güvənən, özünü parlamentdə görmək istəyən, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmək istəyən şəxslər Milli Məclisə keçiriləcək seçkilərə qatılıblar. Düşünürəm ki, parlament seçkilərində qələbə qazananlar arasında kifayət qədər gənc yer alacaq”.

T.Allahverdili qeyd edib ki, Azərbaycan dövləti gənclərə hər zaman dəstək verib: “Bu dəstək hər dövrdə özünü göstərib. Müxtəlif yüksək vəzifələrə gənclərin təyin olunması bunun bariz nümunəsidir”.

 





23.01.2020    çap et  çap et