525.Az

MSK sədri: “Namizədlər sosial şəbəkələrdə Seçki Məcəlləsinə uyğun davranmalıdır”


 

MSK sədri: “Namizədlər sosial şəbəkələrdə Seçki Məcəlləsinə uyğun davranmalıdır”<b style="color:red"></b>

"Dəfələrlə sosial şəbəkələrlə bağlı namizədlərə müraciətlər etmişik".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, deputatlığa namizədliyi qeydə alınmış namizədlər sosial şəbəkələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun davranmalıdır:
 
“Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin”.

 





23.01.2020    çap et  çap et