525.Az

İlham Əliyev Özbəkistan prezidenti ilə görüşüb


 

İlham Əliyev Özbəkistan prezidenti ilə görüşüb<b style="color:red"></b>


Tərəflər görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər

525.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimovun təkbətək görüşü olub.

Görüşdə Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

İslam Kərimovun Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib, iki ölkə arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 





12.10.2012    çap et  çap et