525.Az

Baş Narkotiklərlə Mübarizə İdarəsinə yeni rəis təyin olunub


 

Baş Narkotiklərlə Mübarizə İdarəsinə yeni rəis təyin olunub<b style="color:red"></b>

Daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

 





23.01.2020    çap et  çap et