525.Az

Səudiyyə Ərəbistanında koronavirusa yoluxma qeydə alınıb


 

Səudiyyə Ərəbistanında koronavirusa yoluxma qeydə alınıb<b style="color:red"></b>

Səudiyyə Ərəbistanında ilk “koronavirus 2019-nCoV” virusuna yoluxmuş şəxs qeydə alınıb.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, yoluxmuş şəxs Hindistandan olan dayədir. Faktı Hindistanın Xarici İşlər Nazirliyi də təsdiqləyib. Yoluxmuş şəxsin xəstəxananın xüsusi bölümündə müalicə edildiyi və vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, “koronavirus 2019-nCoV” virusuna artıq Çin, ABŞ, Honq Konq, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya və Meksikada qeydə alınıb. Virusdan bu vaxta kimi 17 nəfərin dünyasını dəyişdiyi bildirilir.

 





23.01.2020    çap et  çap et