525.Az

Səfir: “Tehranda ABŞ və İsrail bayraqlarını tapdalamayan insanlara hörmətimizi ifadə edirik”


 

Səfir: “Tehranda ABŞ və İsrail bayraqlarını tapdalamayan insanlara hörmətimizi ifadə edirik”<b style="color:red"></b>

“İran on illiklərdir ki, İsraili dünya xəritəsində silməyə çalışır. İranda “İsrailə ölüm” çağırışları edir”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

Diplomat bildirib ki, İran regionda terrorçu qruplara yardım edir və onların vasitəsilə regionda qeyri-sabitlik yaratmağa çalışır.

“Biz İran xalqına hörmət edirik, onların rejimə qarşı mübarizəsini dəstəkləyirik. İran rejimi Tehran küçələrində tapdalanması üçün ABŞ və İsrail bayraqlarını yerə həkk etmişdilər. Lakin insanlar bunu etmədilər. Biz həmin insanlara hörmətimizi ifadə edirik. Əhalidən tutulan vergi məktəblər və xəstəxanaların inşa edilməsi yerinə,  terrorçuluğa, Qasım Süleymaninin fəaliyyətinə sərf olunur. Bu, utandırıcı haldır”, - deyə səfir vurğulayıb.

 





24.01.2020    çap et  çap et