525.Az

Corc Dik İsraildə Azərbaycan səfirliyinin açılmasına çağırış edib


 

Corc Dik İsraildə Azərbaycan səfirliyinin açılmasına çağırış edib<b style="color:red"></b>

“Bu gün İsrail dünyada böyüyən və inkişaf edən bir gücdür”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir ölkəsində Azərbaycanın səfirliyinin açılması məsələsinə münasibət bildirib.

“Müxtəlif ölkələr İsraildə diplomatik nümayəndəliklərini açmaq istəyir və biz buna müsbət yanaşırıq. Azərbaycanın da İsraildə səfirliyinin açılmasına şad olarıq. Bu addım Azərbaycan tərəfindən atılmalıdır. Azərbaycan hökumətini bu addımı atmağa çağırırıq”, - deyə C. Dik qeyd edib.

 





24.01.2020    çap et  çap et