525.Az

Azərbaycanlı jurnalist Türkiyə televiziyasında veriliş aparacaq


 

Azərbaycanlı jurnalist Türkiyə televiziyasında veriliş aparacaq<b style="color:red"></b>

Hazırda Türkiyədə doktorantura təhsili alan araşdırmaçı-jurnalist Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözündə Türkiyə" adlı verilişdə aparıcılıq edəcək.

Manera.az xəbər verir ki, bu haqda o öz Feysbuk səhifəsində məlumat verib.

Belə ki, yeni verilişdə Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirləri müzakirə olunacaq.

İlk canlı yayımı 22 Yanvarda efirə verilən verilişdə Türkiyədə təhsil alan xarici tələbələr qonaq olub.

Verilişdə Türkiyə təhsil sistemi, təqaüd proqramları, buradakı yaşam tərzi, milli mətbəx, mədəniyyət, Türkiyənin turistik yerləri və s. haqda danışılıb.

Qeyd edək ki, sözügedən veriliş hər həftənin 3-cü günü Azərbaycan saatıyla 16:00-da KonTV-də canlı yayımlanacaq.

https://canlitv.com/kon-tv

 





24.01.2020    çap et  çap et