525.Az

Biləsuvar gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər


 

Biləsuvar gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər<b style="color:red"></b> Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar
bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsü Biləsuvar gəncləri
tərəfindən davam etdirilib.

Gənclər rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan
növbəti sakinin evinə baş çəkiblər.
Təmizlik işləri aparan, ev, həyətdə və bağda səliqə-sahman yaradan gənclər ev
sakinləri ilə çay süfrəsi ətrafında səmimi söhbətlər edib və bu əsnada ev sahibi öz
həyat hekayəsini gənclərlə paylaşıblar.
Biləsuvar gəncləri ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də
#konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.
 





24.01.2020    çap et  çap et