525.Az

Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"


 

Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"<b style="color:red"></b>

“Azərbaycanın həm seçki təcrübəsi, həm də seçki qanunvericiliyi ədalətli və şəffaf seçkilərin keçirilməsinə imkan verir”.

Bu fikirləri secki-2020.az saytına açıqlamasında Türkiyənin Bilkənt Universitetinin professoru Bülent Mehmet Çaplı deyib.

Türkiyəli professor Azərbaycanda seçki administrasiyasının medianın seçki prosesini qanun çərçivəsində işıqlandırması üçün bütün tədbirləri gördüyünü diqqətə çatdıraraq deyib: “Bu, çox əhəmiyyətli məsələdir. Çünki seçicilərin qərar verməsi, hansı namizədi dəstəkləməsi üçün ehtiyacı olan məlumatı kütləvi informasiya vasitələri təmin edir. Bu baxımdan, KİV-in azad və şəffaf şəkildə işləyə bilməsi vacibdir. Azərbaycanda dövləti təmsil edən qurumların bu məsələdəki həssaslığı, xüsusilə seçicilər, media və dövlət arasında kommunikasiyanın düzgün qurulması sevindiricidir”.

B.Çaplı müşahidələrinə əsasən qeyd edir ki, fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər demokratik prinsiplərə uyğun keçiriləcək: “Əminəm ki, seçicilər öz iradələrini azad şəkildə ifadə edə biləcəklər”.

 





24.01.2020    çap et  çap et