525.Az

Sabah inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək


 

Sabah inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 25-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan kompüterlər vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında aparılacaq. İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. Namizədlər imtahana aşağıda qeyd edilən sənədləri gətirməlidirlər:

-şəxsiyyəti təsdiq edən sənədin əsli;

-“İmtahana buraxılış vərəqəsi”.

Bu sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 71 namizəd qeydiyyatdan keçib.

 





24.01.2020    çap et  çap et