525.Az

Milli Kitabxanada "Həzi Aslanov - 110" sərgisi


 

Milli Kitabxanada "Həzi Aslanov - 110" sərgisi <b style="color:red"></b>

Yanvarın 22-də M.F.Axundzadə adına Milli Kitabxanada görkəmli hərbi xadim, Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə "Həzi Aslanov - 110" adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun, eləcə də Azərbaycanın igid oğul və qızlarının göstərdikləri tarixi şücaətlərini əks etdirən Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

 





24.01.2020    çap et  çap et