525.Az

Xaricdə doktorantura təhsilinin maliyyəşdirilməsi ilə bağlı sənəd qəbulu başa çatır


 

Xaricdə doktorantura təhsilinin maliyyəşdirilməsi ilə bağlı sənəd qəbulu başa çatır<b style="color:red"></b>

2020-ci ilin yaz semestrində xaricdə doktorantura təhsilinin maliyyəşdirilməsi ilə bağlı sənəd qəbulu sabah başa çatacaq.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib. Onun sözlərinə görə, qəbul üçün mühüm sənədlərdən biri Azərbaycanın yerli ali təhsil müəssisələrindən, universitetlərdən razılıq məktubunun alınmasıdır: “Razılıq məktubu ona görədir ki, proqram üzrə həmin şəxslərin geri qayıtdıqdan sonra Azərbaycanın ali təhsil məkanında çalışmalı olduğu nəzərdə tutulub. Ona görə də universitetlərdən ilkin olaraq razılıq məktubu alınır. Sənəd qəbulu bitdikdən, şəxslər maliyyələşmə sənədini aldıqdan, yəni, müsahibədən keçdikdən və proqrama qəbul olunduqdan sonra universitetlə üçtərəfli müqavilənin imzalanması nəzərdə tutulur. Sabah artıq müraciət edən şəxslərin sayını biləcəyik".

N. Məmmədli deyib ki, ilkin olaraq 2020-ci ildə təxminən 100-ə yaxın tələbənin xaricdə doktorantura təhsilinin maliyyələşməsini həyata keçirmək nəzərdə tutulub: “İndi birinci qəbul prosesi həyata keçirilir. Yay aylarında yenidən sənəd qəbulu ilə bağlı elanları yerləşdirəcəyik və sənəd qəbulu başlayacaq. Bu, artıq 2020-ci ilin sentyabrından xaricdə doktorantura təhsili almaq istəyən şəxslərə şamil olunacaq”.

 





24.01.2020    çap et  çap et