525.Az

Prezidentdən Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq


 

Prezidentdən Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.

Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb. 

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

 





25.01.2020    çap et  çap et